Livanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, İsrailin Beyrutun mərkəzinə hava hücumu nəticəsində həlak olanların sayı 9-a yüksəlib, 14 nəfər xəsarət alıb
İsrailin Beyrutun mərkəzinə gecə etdiyi hava hücumu nəticəsində həlak olanların sayı 9-a yüksəlib, 14 nəfər xəsarət alıb. Müvafiq məlumatı Livanın Səhiyyə Nazirliyi yayır. Həlak olanlar arasında xilasedicilər və tibb işçiləri də var.
İsrail ordusunun məlumatına əsasən, hücumun hədəfi çoxmərtəbəli binada yerləşən “Hizbullah”ın səhiyyə mərkəzi olub.
İsrail Livanın cənub hissəsində quru əməliyyatını davam etdirir. Müdafiə Qüvvələri Livanın cənub hissəsində əlavə 25 yaşayış məntəqəsinin, o cümlədən Nabatia şəhərinin sakinlərini şimala köçməyə çağırır. Nabatia Livanın cənub hissəsindəki ən böyük şəhərlərdən biridir, münaqişədən əvvəl 60-100 min əhalisi var idi.
“Dərhal evlərinizi tərk edin. Cənuba getməyin. Cənuba doğru hərəkət etməklə siz təhlükə altında ola bilərsiniz” – deyə İsrailin Müdafiə Qüvvələrinin nümayəndəsinin sosial şəbəkədə ərəb dilində yaydığı bəyanatda deyilir.