Livanın Səhiyyə Nazirliyi - İsrailin Livana son zərbələri nəticəsində 89 nəfər həlak olub
Livanın Səhiyyə Nazirliyi - İsrailin Livana son zərbələri nəticəsində 89 nəfər həlak olub

 

Livanın Səhiyyə Nazirliyi İsrailin Livana son zərbələri nəticəsində 89 nəfərin həlak olduğunu bəyan edib. Bu haqda “Sky News” yazır.

Bəyanatda ən azı 700 nəfərin yaralandığı deyilir.

Bundan əvvəl İsrailin Müdafiə Qüvvələrində müharibənin başlamasından bəri Livanda ən genişmiqyaslı zərbələri həyata keçirdiklərini bəyan ediblər.

Onların hədəfi “Hizbullah”ın yüzdən çox komandanlıq mərkəzi və hərbi obyekt olub.