Livanın səhiyyə nazirinin məlumatına görə, İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 400-ə çatıb
Livanın səhiyyə nazirinin məlumatına görə, İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 400-ə çatıb

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 400-ə çatıb, – bunu “BBC” Livanın Səhiyyə Nazirliyinə istinadən yazır.

Livanın səhiyyə naziri Rakan Nasereddin mətbuat konfransında bildirib ki, ölənlər arasında 83 uşaq və 42 qadın var.

Nazirin sözlərinə görə, 9 xilasedici də həlak olub. Onların arasında bu gün Beyrutda yerləşən bir otelə İsrail zərbəsi nəticəsində 4 nəfər ölüb.