Livanın paytaxtının bombardman edilməsinə görə İran İsraili terror aktı və müharibə cinayəti törətməkdə günahlandırır
Livanın paytaxtının bombardman edilməsinə görə İran İsraili terror aktı və müharibə cinayəti törətməkdə günahlandırır

 

İran İsraili terror aktı və müharibə cinayəti törətməkdə günahlandırır.

İranın Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, noyabrın 23-də İsrail cənubi Beyrutun kənar məhəlləsi Dahiyedə yaşayış binalarına “müxənnətcəsinə hücum” həyata keçirib, nəticədə “Hizbullah”ın komandiri Haitam Ali Tabatabai və dörd döyüşçü də daxil olmaqla ən azı beş nəfər həlak olub. Hücum nəticəsində həmçinin qadınlar və uşaqlar da daxil olmaqla 28 nəfər yaralanıb.

İranın Xarici İşlər Nazirliyi endirilmiş zərbəni 2024-cü ilin noyabr tarixli atəşkəs razılaşmasının “kobud şəkildə pozulması” və Livanın suverenliyinə “qəddar hücum” adlandırıb.

Nazirlik həmçinin Amerika Birləşmiş Ştatlarını İsraili dəstəklədiyinə görə tənqid edib və bu dəstəyin İsrail tərəfindən atəşəkəsin təkrar pozulmasının səbəbi olduğuna işarə edib.

İranın Xarici İşlər Nazirliyi həmçinin Birləşmiş Millətlər Təşkilatını və beynəlxalq ictimaiyyəti İsrailə qarşı qətiyyətli tədbirlər görməyə çağırıb və İsrailin hərbi hərəkətlərinin regional və qlobal sülhə təhlükə yaratdığını bildirib.