Livanın Baş naziri – Livan hökuməti ölkənin cənub bölgələrində silahlı qüvvələri yerləşdirməyə hazırdır

16:41, 30.09.2024

 
Livan hökuməti ölkənin cənub bölgələrində silahlı qüvvələri yerləşdirməyə hazırdır – bu haqda Livanın Baş naziri Nacib Mikati bildirib.

Livan hökumətinin rəhbəri bildirib ki, Beyrut Amerika Birləşmiş Ştatları, bir sıra Avropa və ərəb dövlətləri tərəfindən təsdiq edilmiş atəşkəs təklifini və həmçinin, BMT-nin 1701 saylı qətnaməsinin icrasını dəstəkləyir.

Nacib Mikatinin qeyd etdiyi kimi, Livan atəşkəs haqqında bəyanatın məzmununu tam dəstəkləyir və bunu Livan hökumətinin rəsmi mövqeyi adlandırıb.

Eyni zamanda, İsrailin Livanın cənub bölgəsindəki Al-Abasie, Haruf və Bedias şəhərlərini bombalaması ilə bağlı məlumat yayılır.

Oxşar