Livanda xəstəxana yaxınlığında İsrailin hücumu nəticəsində 13 nəfər həyatını itirib

13:36, 22.10.2024

 
Livanda Rafik Hariri Universitet Xəstəxanası yaxınlığında İsrailin hücumu nəticəsində biri uşaq olmaqla 13 nəfər həyatını itirib.

Bu haqda məlumatı Livanın Səhiyyə Nazirliyi yayır.

Yayılmış məlumata əsasən, xəsarət alanların sayı 57-dək yüksəlib, 17 nəfər xəstəxanaya yerləşdirilməlidir, 7 nəfər isə ağır vəziyyətdədir.

Bəyanatda deyilir ki, həmçinin, hücum nəticəsində Rafik Hariri Universitet Xəstəxanasına ciddi ziyan dəyib.

Eyni zamanda, İsrail mediası İsrailin Müdafiə Qüvvələrinin Livanın paytaxtı Beyrutda “Hizbullah”ın hərbi-dəniz bazasını bombaladığını yazır.

İsrailin Hava Qüvvələri dünən gecə Beyruta 15 hücum həyata keçirib.

Oxşar