Livanda 1,2 milyon insan məcburi köçkündür, 400 000 nəfər isə Suriyaya keçib

12:19, 08.10.2024

 
İsrail tərəfindən Livana hava hücumlarının güclənməsindən sonra ölkə daxilində təxminən 1,2 milyon insan məcburi köçkündür.

Bu haqda Livanın Səhiyyə Nazirliyində bildiriblər.

Onlardan 179 500 nəfəri məcburi köçkünlər üçün ayrılmış mərkəzlərdədir.

Bundan başqa, 400 000-dən çox insan Livandan Suriyaya qaçmağa məcbur olub, onlardan 300 744 nəfəri Suriya vətəndaşı və 100 203 nəfəri Livan vətəndaşıdır.

Livanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, İsrailin intensiv hücumlarının başlamasından bu yana 3 həftə ərzində Livanda 1400-dən çox insan həlak olub.

Oxşar