Livan mediasının məlumatına görə, İsrailin Livandakı yaşayış məntəqəsinə endirdiyi zərbə nəticəsində 11 nəfər həlak olub
İsrail hərbçilərinin Livanın yaşayış məntəqəsinə endirdiyi zərbə nəticəsində 11 nəfər həlak olub. Bu barədə Livan mediası məlumat yayıb.
Yayılan məlumata görə, hücum ölkənin cənubunda yerləşən kəndlərdən birində baş verib.
Livan mediasının yazdığına görə, Kfar Rummanda üçmərtəbəli yaşayış binasına endirilən zərbə nəticəsində 9 nəfər həlak olub. Zərbə nəticəsində bina tamamilə dağılıb.
Həmçinin ərazidə olan iki xilasedici də həlak olub. Onların olduğu avtomobil hücumun hədəfi olub.