Litvanın yeni baş naziri İnqa Ruqiniene ölkənin ümumi daxili məhsulunun 5-6%-ni müdafiəyə xərcləyəcəyini bildirir
Litvanın yeni baş naziri İnqa Ruqiniene ölkənin ümumi daxili məhsulunun 5-6%-ni müdafiəyə xərcləyəcəyini bildirir

 

İnqa Ruqiniene Litvanın yeni baş naziri oldu. Litva Seyminin 141 üzvündən 80-i yeni hökumət platformasını dəstəklədi, 40-ı əleyhinə səs verdi, ikisi isə bitərəf qaldı.

“Reuters”in xəbər verdiyi kimi, yalnız 2024-cü ildə siyasətə qoşulan Sosial-Demokrat Partiyasının üzvü Ruqiniene, Ukraynaya dəstəyi, eləcə də əvvəlki baş nazirin yolunu davam etdirəcəyinə söz verib, bu da müdafiə xərclərinin artırılmasını nəzərdə tutur.

44 yaşlı Ruqiniene növbəti bir neçə il ərzində Litvanın ÜDM-nin 5-6%-ni müdafiəyə xərcləyəcəyini bildirib.

“Məqsədim odur ki, səlahiyyət müddətim başa çatdıqdan sonra insanlar daha güclü müdafiə, eləcə də daha yaxşı sosial yardım sayəsində özlərini daha təhlükəsiz hiss etsinlər” – İnqa Ruqiniene jurnalistlərə deyib.

Nəşrin məlumatına əsasən, Litvanın keçmiş hökuməti iyulda, o vaxtkı baş nazirin ailəsinin üzvünə məxsus şirkətlə bağlı qalmaqala görə dağılandan sonra Litvada yeni sağ mərkəzçi koalisiya yaradılıb.