Litvanın Xarici İşlər Nazirliyində Gürcüstanda iğtişaşlar törətmək üçün Britaniyanın fəalları Litvada hazırlaması ilə bağlı məlumatı “koordinasiya edilmiş informasiya hücumu” adlandırıblar
Litvanın Xarici İşlər Nazirliyində Gürcüstanda iğtişaşlar törətmək üçün Britaniyanın fəalları Litvada hazırlaması ilə bağlı məlumatı “koordinasiya edilmiş informasiya hücumu” adlandırıblar

 

Litvanın Xarici İşlər Nazirliyində Gürcüstanda oktyabrda planlaşdırılan bələdiyyə seçkiləri zamanı iğtişaşlar törətmək üçün Böyük Britaniyanın fəalları Litvada hazırlaması ilə bağlı bir neçə gürcü mediası tərəfindən yayılmış məlumatı “koordinasiya edilmiş informasiya hücumu” adlandırıblar.

“BNS” agentliyi tərəfindən bu mövzu ilə bağlı verilmiş suala cavab olaraq, Litvanın Xarici İşlər Nazirliyində qeyd olunan məlumatın şayiə olduğunu və “ümumi reallıqla heç bir əlaqəsi ola bilmədiyi üçün səhvə sürükləyici koordinasiya edilmiş informasiya hücumu” kimi qiymətləndirildiyini bildiriblər.

“Bu hərəkətlər Gürcüstan hakimiyyətinin demokratik dəyərlərdən və Avropa yolundan sapması, həmçinin siyasi müxalifət, vətəndaş cəmiyyəti və müstəqil mediaya qarşı repressiyalar ilə birbaşa bağlıdır” – Litvanın Xarici İşlər Nazirliyində bildiriblər.

Bir neçə gürcü media vasitəsi Böyük Britaniyanın gürcü fəallarını oktyabrda keçiriləcək seçkilərə Litvada hazırlaması ilə bağlı məlumat yayıb.