Litvanın müdafiə naziri - Rusiyanın marionetləri uzun müddət ayaqda qala bilmirlər, Litva Gürcüstan xalqının yanındadır
Rusiyanın marionetləri uzun müddət ayaqda qala bilmirlər – Litvanın müdafiə naziri Dovile Şakaliene Gürcüstanda inkişaf etmiş hadisələrə belə münasibət bildirib.
Nazirin yazdığı kimi, Litva Gürcüstan xalqının yanındadır.
“Rusiya ilə əlaqəli oliqarxlardan qurtula bilən ölkə kimi Litva zülmdən azad olmaq üçün mübarizədə Gürcüstan xalqının yanındadır. Möhkəm olun, Rusiyanın marionetləri uzun müddət ayaqda qala bilmirlər. Ümid edirəm ki, bir gün sizi Avropa İttifaqında görəcəyəm” – Dovile Şakaliene sosial şəbəkədə yazır.