Litvanın xarici işlər naziri - Haaqada planlaşdırılan NATO-nun sammitində Ukraynanın alyansa dəvəti gündəmdə deyil
Litvanın xarici işlər naziri Kestutis Budris bildirir ki, gələn həftə Haaqada planlaşdırılan NATO-nun sammitində Ukraynanın alyansa dəvəti planlaşdırılmır. Budris, Ukraynanın NATO-ya dəvəti məsələsinin gündəmdə olmadığını deyib.
“Haaqada dəvətin olacağına dair heç kim ümid ifadə etməyib, hətta ukraynalılar belə. Nə Vaşinqton sammitinə qədər, nə də indi, Haaqa sammitinə qədər hər hansı dönüş nöqtələrinin olacağına dair gözlənti yoxdur. Bu, gündəmdə deyil” – Budris qeyd edib.
Litva Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, görüşdə diqqəti Ukraynaya yönəltmək və NATO ölkələri ilə Kiyevin eyni təhlükəsizlik məkanında olduğunu vurğulamaq vacibdir.