Litvanın xarici işlər naziri – Avropanın öz təhlükəsizliyini təmin etmək üçün Amerika qoşunlarına arxalana biləcəyi dövr başa çatdı

15:47, 17.02.2025

 
Litvanın xarici işlər naziri Kestutis Budris bildirib ki, Avropanın öz təhlükəsizliyini təmin etmək üçün Amerika qoşunlarına arxalana biləcəyi dövr başa çatdı, lakin Budris buradaca qeyd edib ki, bu, ABŞ və Avropa arasında münasibətlərin pisləşməsi demək deyil.

“Hər şeyin bitməsi demək deyil, biz bir tarix elan etdik və o andan etibarən Amerika bunu dəstəkləmir, belə işləmir. Bəzi planlamalar, mərhələlər var, bunu nə qədər müddətə edə bilərik, amerikalıların qüvvələrini yenidən yerləşdirməyə nə qədər vaxt lazım olacaq” – nazir bildirir.

Keçən həftə ABŞ-ın müdafiə naziri Pit Heqset NATO-nun müttəfiqlərinə Amerika qoşunlarının qitədə əbədi qalmayacağı barədə xəbərdarlıq edib və onları müdafiə xərclərini artırmağa çağırıb. Badris buna cavab olaraq qeyd edib ki, Vaşinqtonun bu bəyanatlarında ABŞ və Avropa arasında strateji uçurum görmür.

“Dünyada təkcə Rusiya və onun təcavüzündən daha çox çağırış var. Hind-Sakit okean regionunda Çindən problemlər var; İranın nüvə proqramı və Yaxın Şərqdə tam qeyri-sabitlik var və Amerikanın diqqətini çəkmək istədiyi və dəstəyə ehtiyacı olan çox şey var” – Litvanın xarici işlər naziri qeyd edib.

Badris bildirib ki, Avropa müdafiəsini gücləndirmək üçün addımlar atmasa, o zaman “nəticələr fərqli ola bilər”.

“Avropa ayağa qalxıb deməsə ki, bəli, bizim imkanımız var, bəli, biz bunu beş ilə, on ilə həll edə bilərik, pis olacaq” – Litvanın xarici işlər naziri bildirib.

Oxşar