Litvanın Baş naziri vəzifəsini tərk edib
Litvanın Baş naziri vəzifəsini tərk edib

 

Litvanın Baş naziri Qintautas Palutskas vəzifəsini tərk edib.

Prezident Qitanas Nauseda bildirib ki, baş nazir bu gün səhər vəzifəsindən istefa verdiyini telefon zəngi ilə bildirib.

İstefa verməmişdən əvvəl artıq sabiq baş nazir qalmaqala qarışmışdı. Litva mediası onun şübhəli işgüzar əlaqələrini üzə çıxarıb, bunun əsasında da Baş Prokurorluq araşdırmaya başlayıb.

Daha sonra Maliyyə Cinayətlərinin İstintaq Xidmətinin əməkdaşları baş nazirin qaynına məxsus “Dankora” şirkətində axtarış əməliyyatı aparıblar. Qeyd olunan şirkət Avropa maliyyəsi alırdı və akkumulyator sistemlərini baş nazirin öz şirkəti “Garnisis”dən alırdı.