Litvanın Baş naziri – Rusiyadan gələn təhlükələr fonunda əhalinin təxliyə planlarını hazırlamışıq, lakin hücum halında təslim olmaq niyyətində deyilik

13:10, 22.09.2026

 

Rusiyadan gələn təhlükələr fonunda əhalinin təxliyə planlarını hazırlamışıq, lakin hücum halında təslim olmaq niyyətində deyilik – bu barədə Litvanın Baş naziri Mintautas Sidkeviçius “BBC”yə müsahibəsində bildirib.

Baş nazirin sözlərinə əsasən, vətəndaşlar Rusiyadan gələn daimi təhlükəni hiss edirlər, bu da qismən ölkənin hava məkanına dronların daxil olması ilə bağlıdır.

“Əgər bizə hücum olunarsa, biz döyüşəcəyik, mübarizəyə qoşulacağıq” – Sidkeviçius bildirib.

Onun sözlərinə əsasən, hakimiyyətin müxtəlif ssenarilər üçün planları hazırdır. Məsələn, ehtiyac yarandığı təqdirdə, tıxacların qarşısını almaq məqsədilə yaşlı vətəndaşların şəhərlərdən təhlükəsiz və maneəsiz çıxarılması nəzərdə tutulub.

“Müxtəlif ssenarilər üzərində düşünürük. Onların hamısı açıq şəkildə müzakirə olunmur. Konkret təhlükələrlə üz-üzəyik. Hər gün olmasa da, bu təhlükələr var və bizim üçün bu bir reallıqdır” – Sidkeviçius qeyd edib.

Oxşar