Litva Xarici İşlər naziri Gürcüstana rəsmi səfərlə 27-29 apreldə gələcək
Litva Xarici İşlər naziri Gürcüstana rəsmi səfərlə 27-29 apreldə gələcək

Litva Xarici İşlər naziri, Qabrielius Landberqis Gürcüstana rəsmi səfərlə 2021-ci ilin 27-29 aprelində gələcək. Məlumatı Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani yayır.

Səfər çərçivəsində, Litvalı həmakaı ilə üzbəüz görüşü Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani keçirəcək, bundan sonra iki ölkənin nümayəndə heyəti arasında genişləndirilmiş formatda görüş keçiriləcək.

Litva Xarici İşlər naziri həmçinin Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir İrakli Ğaribaşvili və qanunvericilik orqanı nümayəndələri ilə görüş keçirəcək.

Gürcüstanda səfəri çərçivəsində, işğal xəttində yerləşən Odzisi kəndinə gedəcək, Avropa İttifaqının müşahidəçilər missiyası ilə birlikdə mövcud durumla yerində tanış olacaq. Qabrielius Landberqis həmçinin, ölkənin bütövlüyü uğrunda həlak olanların və qəhrəmanların memorialına gül-çiçək dəstələri aparacaq.

Səfər çərçivəsində, Litva nümayəndə heyəti Gürcüstan Milli Muzeyini ziyarət edəəcək və şəhərin mədəni görəmli yerləri ilə tanış olacaq.