Litva və Estoniyanın xarici işlər nazirləri onların ölkələrinə girişi qadağan edilən Gürcüstan vətəndaşlarının siyahısını dərc edirlər
Litva və Estoniyanın xarici işlər nazirləri onların ölkələrinə girişi qadağan edilən Gürcüstan vətəndaşlarının siyahısını dərc edirlər

 
Litva və Estoniya bu ölkələrə girişi qadağan olunmuş Gürcüstan vətəndaşlarının siyahısını dərc edirlər.

Bu haqda Litvanın xarici işlər naziri Qabrielius Landsberqis və Estoniyanın xarici işlər naziri Marqus Tsahkna sosial şəbəkədə yazırlar.

Lansberqisin qeyd etdiyi kimi, siyahıda olan Gürcüstan vətəndaşları insan hüquqlarının pozulmasına görə cavabdeh olduqları üçün onlara qarşı sanksiya tətbiq edilib.

Siyahıya daxildir: Bidzina İvanişvili, Vaxtanq Qomelauri, Şalva Bedoidze, İoseb Celidze, Aleksandre Daraxvelidze, Qiorqi Butxuzi, Zviad Xarazişvili, Mileri Laqazauri, Mirza Kezevadze, Vaja Siradze, Teimuraz Kupatadze.

Məlumat üçün bildirək ki, Latviyanın xarici işlər naziri Qabrielius Landsberqis bu gün sosial şəbəkədə yazıb ki, üç Baltikyanı ölkə “Gürcüstanda qanuni etirazların yatırılmasında iştirak edənlərə qarşı milli sanksiyalar tətbiq etmək” haqda razılaşıblar. Estoniyanın xarici işlər naziri Marqus Tsahkna da sosial şəbəkədə bu bəyanatı paylaşıb.