Litva Ukraynaya təhvil veriləcək "Bayraktarları" almaq üçün Türkiyə ilə müqavilə imzaladı
Litva Türkiyə ilə Bayraktar pilotsuz uçuş aparatlarının alınmasına dair müqavilə imzalaydı. Vilnüs pilotsuz uçuş aparatlarını Ukraynaya təhvil verməyi planlaşdırır. Məlumatı Litva mətbuatı yayır.
Məhz bu məqsədlə adi Litvalılar teleaparıcılardan birinin çağırışı əsasında üç gün ərzində beş milyon avroya qədər vəsaiti səfərbər edə bildilər.
Yayılan məlumata görə, alqı-satqı müqaviləsi ilə bağlı sənədi Litvanın Müdafiə nazirinin müavini, Vilius Semeşka və Türkiyə Müdafiə Sənayesi Agentliyinin rəhbəri imzaladılar.