Litva Seymi ilk dinləmədə ölkə ərazisində nüvə silahının yerləşdirilməsinin artıq qadağan olunmayacağını nəzərdə tutan konstitusiya dəyişikliyini dəstəkləyib
Litva Seymi ilk dinləmədə nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın ləğv edilməsini dəstəkləyib. 106 deputat 18 əleyhinə olmaqla konstitusiyaya dəyişikliyə səs verib, bu dəyişikliyə əsasən, bundan sonra Litva ərazisində nüvə silahının yerləşdirilməsi artıq qadağan edilməyəcək.
İkinci, yekun səsvermə gələn il yanvarın 12-də keçiriləcək. Konstitusiyaya dəyişiklik etmək üçün 141 mandatlı Seymin 94 deputatının dəstəyi mütləqdir.
“Qadağanın ləğvi o deməkdir ki, biz mümkün olan ən möhkəm dəstəklə təmin olunacağıq. Avropa İttifaqı və NATO-nun digər ölkələrindən fərqli olaraq Litvada qüvvədə olan hüquqi maneələri ləğv etməklə biz indi bərabərhüquqlu olacağıq” – parlamentin spikeri açıqlayıb.
Buna qədər Litvanın müdafiə naziri Robertas Kaunas Vilnüsün Amerika nüvə silahının yerləşdirilməsi üçün Vaşinqtonla danışıqlar apardığını təsdiqləmişdi.
Kremlin mətbuat katibi açıqladı ki, əgər ölkə müttəfiqlərinə nüvə silahı yerləşdirməyə icazə verərsə, Litvanın ərazisi Rusiya nüvə silahının “hədəfində olacaq”.