Litva şəhərlərinin tarixi binaları Gürcüstan bayrağının rənglərində işıqlandırıldı

12:32, 26.05.2022

Gürcüstanın Müstəqillik Günü münasibətilə Litvanın ən böyük şəhərlərindəki tarixi binalar Gürcüstan bayrağının rəngləri ilə işıqlandırıldı,- bu barədə Gürcüstanın Litvadakı Səfirliyinin saytında dərc olunmuş məlumatda deyilir.

“Litvalılar Müstəqillik Gününüzü təbrik edirlər. Gürcüstanın Müstəqillik Gününü qeyd etmək üçün Litvanın ən böyük şəhərlərində: Vilnüs, Kaunas və Klaypedada tarixi binalar Gürcüstan bayrağının rəngləri ilə işıqlandırıldı”, – Səfirliyinin saytında dərc olunmuş məlumatda deyilir.

26 mayda Gürcüstanın Müstəqillik Günü qeyd edilir.

Oxşar