Gürcüstan Xarici İşlər Nazirliyində nazir, David Zalkalianinin Gürcüstanda Litvanın səfiri, Qiedrius Houcunas ilə vida görüşü oldu.
David Zalkaliani səfirə Gürcüstan və Litva əlaqələrinin möhkəmləndirilməsi işinə daxil etdiyi tovhəsinə görə, minnətdarlığını bildirdi. Nazir Litva və şəxsən səfirin Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini xüsusilə qeyd etdi.
Qiedrius Houcunas, öz növbəsində, nazirə məhsuldar əməkdaşlıq üçün minnətdarlığını bildirdi və Gürcüstan və Litva arasında mövcud əlaqələrə xüsusi diqqət yetirdi.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə söhbət həmçinin, Gürcüstanda və Litvada koronavirus pandemiyasına görə yaranan duruma aid oldu. Nazir qeyd etdi ki, Gürcüstan Avropa İttifaqının açdığı 15 ölkə siyahısına düşdü.
Görüşün sonunda, nazir səfirə gələcək fəaliyyətində uğurlar arzuladı.