Litva Prezidenti Ukraynanın 2030-cu ilin yanvarın 1-dən Avropa İttifaqına üzv olması təşəbbüsü ilə çıxış edir

17:18, 24.02.2025

 
Litva Prezidenti Ukraynanın 2030-cu ilin yanvarın 1-dən Avropa İttifaqına üzv olması təşəbbüsü ilə çıxış edir. Bu haqda Qitanas Nauseda Kiyevdə “Ukraynaya dəstək” sammitində çıxışı zamanı bildirib.

Nauseda bildirib ki, indi liderlik vaxtıdır və avropalılar uğursuzluqlar olmadan, məsuliyyət götürməlidirlər.

“Avropanın təhlükəsizliyi Ukraynanın təhlükəsizliyindən asılıdır. Məhz bu səbəbdən Ukraynanın Avropa İttifaqına daxil olmasını sürətləndirməliyik. Tarix kimi 2030-cu ilin yanvarın 1-ni təklif edirik” – Litva Prezidenti bildirib.

O bildirib ki, yaxın həftələrdən danışıqlara başlamaq mümkündür.

Oxşar