Litva parlamenti Rusiyanı terrorizmin dəstəkçisi kimi tanıyan qətnamə qəbul edib

15:03, 10.05.2022

Litva parlamenti Rusiyanı terrorizmə dəstək edən dövlət kimi tanıyan qətnamə qəbul edib. Müvafiq sənəd Litva parlamenti tərəfindən yekdilliklə dəstəklənib.

Qətnamədə bildirilir ki, Rusiya silahlı qüvvələrinin Ukraynada törətdiyi hərbi cinayətlər Ukrayna xalqının soyqırımı kimi tanınmalıdır.

Silahlı qüvvələri qəsdən və sistemli şəkildə bombardman üçün mülki hədəfləri seçən Rusiya Federasiyası terror aktlarını dəstəkləyən və törədən dövlətdir”, – Qətnamədə deyilir.

Deputatlar həmçinin Rusiyanın suveren Ukraynaya təcavüzünü qiymətləndirmək və Ukraynada törədilmiş cinayətləri törədənlərin mühakimə olunması üçün xüsusi beynəlxalq cinayət tribunalının yaradılması təşəbbüsü ilə çıxış ediblər.

Xatırladaq ki, aprelin sonunda Estoniya və Latviya da Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni soyqırım kimi tanıyıb.

Oxşar