Litva Parlamenti beynəlxalq sanksiyaların istənilən pozuntusu və ya məhdudiyyətlərdən yan keçilməsinə görə cinayət və inzibati məsuliyyəti genişləndirib
Litva Parlamenti beynəlxalq sanksiyaların istənilən pozuntusu və ya məhdudiyyətlərdən yan keçilməsinə görə cinayət və inzibati məsuliyyəti genişləndirib

 

Litva Parlamenti beynəlxalq sanksiyaların istənilən pozuntusu və ya məhdudiyyətlərdən yan keçilməsinə görə cinayət və inzibati məsuliyyəti genişləndirib. Bu barədə məlumatı media yayır.

Seym 87 səslə beynəlxalq sanksiyalar haqqında qanuna dəyişiklikləri təsdiqləyib, buna əsasən də ehtiyatsızlıqla törədilən pozuntu da qanunsuz əməl hesab ediləcək. Dəyişikliklər, iqtisadi resursların dondurulması halında hansı hərəkətlərin yolverilməz olduğunu dəqiqləşdirir və vəsaitlərin dondurulması anlayışını izah edir.

Litvada tətbiq olunan beynəlxalq sanksiyaları pozan qanunsuz hərəkət beynəlxalq sanksiyaların pozulması hesab ediləcək. Belə pozuntulara, məsələn, sanksiya altındakı şəxslərə maliyyə və ya iqtisadi resurslara çıxış verilməsi, xidmət göstərilməsi və s. daxildir. Məhdudlaşdırılmış aktivlərdən istifadəyə, qadağan edilmiş xidmətlər göstərməyə və ya Litva sərhədlərini dəyişdirməyə cəhdə görə məsuliyyət beş ilə qədər azadlıqdan məhrum etmə olacaq.

Bununla yanaşı, beynəlxalq sanksiyaların pozulması barədə hakimiyyətə məlumat verən şəxslər üçün xüsusi mühafizə müddəaları tətbiq edilir.

Məlumat üçün bildirək ki, martda Danimarka hökuməti Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların pozulmasına görə cəzanı xeyli sərtləşdirən qanun layihəsi təqdim edib. Apreldə isə Avropa İttifaqı Şurası üzv dövlətlərdə Avropa İttifaqının sanksiyalarının pozulması və ya yan keçilməsi ilə bağlı cəzanın minimal qaydaları haqqında qanunu nəhayət təsdiqləyib.