Qabrielius Landsbergis - işğal altındakı Sxinvali bölgəsində keçirilən sözdə parlament seçkilərini pisləyir və Rusiyanı atəşkəs razılaşması üzrə öhdəliklərini yerinə yetirməyə çağırırıq
Qabrielius Landsbergis - işğal altındakı Sxinvali bölgəsində keçirilən sözdə parlament seçkilərini pisləyir və Rusiyanı atəşkəs razılaşması üzrə öhdəliklərini yerinə yetirməyə çağırırıq

Litva işğal olunmuş Sxinvali bölgəsində keçirilən sözdə parlament seçkilərini pisləyir.

Bu barədə Litva Xarici İşlər Nazirliyinin sosial şəbəkədə dərc etdiyi bəyanatda qeyd olunub.

“Biz Gürcüstanın işğal olunmuş Sxinvali bölgəsində sözdə parlament seçkilərinin keçirilməsini pisləyir, Rusiyanı 2008-ci il 12 avqust tarixli atəşkəs sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməyə və işğalçı qüvvələrini Gürcüstan ərazisindən çıxarmağa çağırırıq”. – Litva Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.