Litva Kalininqradda tranzit məhdudiyyəti ilə bağlı rəsmi izahat verir
Litva Rusiyaya Kalininqradda tranzit məhdudiyyəti ilə bağlı rəsmi izahat verib. Məlumatı “BBC” yayıb.
Litva Xarici İşlər Nazirliyi bildirir ki, Kalininqrad vilayətində yüklərin tranzitinə birtərəfli qaydada məhdudiyyətlər qoyulmayıb. 17 iyun 2022-ci ildə qüvvəyə minən tədbirlər Avropa İttifaqının tətbiq etdiyi Dördüncü Sanksiya Paketində göstərilən tələblərə tabedir.
Məhdudlaşdırıcı tədbirlər polad və qara metalların Aİ-yə idxalına və onların Aİ ölkələrinə daşınmasına şamil edilir. Aİ-nin sanksiya rejiminə aid olmayan sərnişinlər və məhsullar Litva ərazisindən istər Kalininqradda, istərsə də əks istiqamətdə hərəkət etməyə davam edəcəklər”, – Litva Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Litvanın mövqeyini bu gün Aİ-nin ali komissarı Cozef Borrell təsdiqləyib və Litvanın yalnız Aİ sanksiyalarını yerinə yetirdiyini bildirib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Kalininqrad vilayəti ilə Rusiyanın qalan əraziləri arasında yüklərin Litva ərazisindən tranzitinin tam bərpa olunmayacağı təqdirdə Rusiyanın cavab tədbiri görəcəyini bildirmişdi.