Litva Kalininqrad vilayətində sanksiyalanmış yüklərin dəmir yolu tranzitini bərpa etdi
Litva Kalininqrad vilayətində sanksiyalanmış yüklərin dəmir yolu tranzitini bərpa etdi

Litva Rusiyada, Kalininqrad vilayətində sanksiyalanmış yüklərin dəmir yolu tranzitini bərpa etdi. Bu barədə Litva Dəmir Yollarının nümayəndəsi, Mantas Dubauskas bəyan etdi.

Dəmir yolunun açılmasına baxmayaraq, avtomobil nəqliyyatı hələ də məhdud qalacaq.

İyulun 13-də Avropa Komissiyası Rusiyadan yüklərin tranziti ilə bağlı Avropa İttiffaqına üzv dövlətlər üçün əlavə təlimat dərc etdirdi və burada müəyyən sanksiya tətbiq edilən malların dəmir yolu ilə Kalininqrad vilayətinə daşınmasına icazə verdi. Üzv dövlətlər üç illik orta göstəricilər əsasında tranzit həcmlərinə nəzarət edə bilər, həmçinin “malların qeyri-adi axınlarını və ya ticarət nümunələrini” məhdudlaşdıra bilər.

Nəqliyyat növündən asılı olmayaraq, icazə verilən hərbi və ikili təyinatlı mal və texnologiyaların tranziti istənilən halda qadağandır. Bundan başqa, üzv dövlətlər sanksiyalanmış malların Avropa İttiffaqına  daxil olmamasını təmin etməlidir. Avropa İttiffaqının Rusiyaya qarşı beşinci sanksiyalar paketinin keçid dövrü başa çatdıqdan sonra, iyunun 18-dən Litva ərazisindən sement, spirt, ağac, şüşə, alüminium, kağız məmulatları, gips və rus mənşəli digər malların daşınması qadağan edildi.