Litva hərbi kəşfiyyatının məlumatına görə, Rusiya məsuliyyəti üzərindən atmaq məqsədilə Baltik regionunda infrastruktur obyektlərinə Ukrayna istehsalı olan dronlarla zərbələr endirmək variantını nəzərdən keçirir

17:32, 06.08.2026

Litva hərbi kəşfiyyatının məlumatına görə, Rusiya Baltik regionunda kritik infrastruktur obyektlərinə hücumlar həyata keçirmək üçün Ukrayna istehsalı olan dronlardan istifadə imkanını nəzərdən keçirir.
Məlumata görə, Rusiya hücumların mənşəyi ilə bağlı qeyri-müəyyənlik yaratmaq və NATO ərazisində həyata keçirilən zərbələrə görə məsuliyyəti inkar etmək məqsədilə ələ keçirilmiş Ukrayna pilotsuz uçuş aparatlarından istifadə edə bilər.
Öz növbəsində, Litvanın müdafiə naziri Robertas Kaunas kəşfiyyatın bu qiymətləndirməsini təsdiqləyib.
“Bizdə Rusiya tərəfindən Baltik regionunda kritik infrastruktur obyektlərinə qeyri-ənənəvi kinetik hücumların həyata keçirilməsi imkanlarının nəzərdən keçirildiyi barədə məlumat var. Ehtimal olunur ki, bu məqsədlə Rusiya Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarından istifadə edə bilər”, – deyə Litvanın müdafiə naziri bildirib.
Kaunas hansı obyektlərin hədəf ola biləcəyini və mümkün hücumların hansı müddətdə həyata keçirilə biləcəyini açıqlamayıb.

Oxşar