Litva hakimiyyəti martın 23-də ölkənin ərazisində qəzaya uğrayan pilotsuz uçuş aparatının ehtimal ki, Ukraynaya məxsus olduğunu bəyan edir
Litva hakimiyyəti martın 23-də ölkənin ərazisində qəzaya uğrayan pilotsuz uçuş aparatının ehtimal ki, Ukraynaya məxsus olduğunu bəyan edir

 

Martın 23-də Litvada qəzaya uğrayan döyüş dronu ehtimal ki, Ukraynaya məxsus olub və Leninqrad vilayətində yerləşən limana hücumda iştirak edib. Bu haqda Litvanın müdafiə naziri Robertas Kaunas deyib.

“İlkin məlumata əsasən, bu pilotsuz uçuş aparatı Rusiyanın Primorsk limanına zərər verən dronlar qrupundan biridir. Çox güman ki, bu, kursdan çıxaraq ərazimizə düşən Ukrayna dronudur” – Kaunas bildirib.

Litvanın Baş naziri İnqa Ruqinene hadisəyə münasibət bildirərək, hadisənin səbəbi kimi Rusiyanın təcavüzünü göstərib.

“Bu, lokal hadisə deyil, daha geniş təhlükəsizlik mənzərəsinin bir hissəsidir. Rusiyanın Ukraynaya qarşı təcavüzü bütün region üçün əlavə risklər yaradır” – Litvanın Baş naziri bildirib.

Məlumat üçün bildirək ki, martın 23-də Litva Silahlı Qüvvələrində dronun ölkənin hava məkanına daxil olduğunu bəyan ediblər. O, Belarus sərhədindən təxminən 20 km məsafədə donmuş gölə düşüb. Keçən il Litva NATO-ya hava hücumundan müdafiə sistemini gücləndirməsi xahişi ilə müraciət edib. Bu, Belarusdan Litvaya daxil olan döyüş dronlarının iki dəfə ölkə ərazisinə düşməsindən sonra baş verib.