Litva Gürcüstanın diplomatik və xidməti pasportlarına malik Gürcüstan vətəndaşları üçün viza tələbi tətbiq edib
Litva Gürcüstanın diplomatik və xidməti pasportlarına malik Gürcüstan vətəndaşları üçün viza tələbi tətbiq edib

 

Litva Gürcüstanın diplomatik və xidməti pasportlarına malik Gürcüstan vətəndaşları üçün viza tələbi tətbiq edib.

Bu barədə “Delfi” nəşri yazır.

Litva hökuməti Avropa İttifaqı Şurası tərəfindən gürcü diplomatlar və vəzifəli şəxslər üçün vizasız rejimin dayandırılmasını nəzərdə tutan yanvarda qəbul edilmiş qərarın icrasını nəzərdə tutan qətnamə qəbul edib.

Vizasız rejimin dayandırılması diplomatik və xidməti pasportlara malik şəxslərə və onların uzunmüddətli vizaların alınması üçün sadələşdirilmiş və ucuz prosedurdan artıq istifadə edə bilməyəcək ailə üzvlərinə şamil edilir.

Xatırladaq ki, diplomatik və xidməti pasportlara malik Gürcüstan vətəndaşları üçün viza tələbini Estoniya hökuməti mayın 8-də tətbiq edib.

Estoniya Xarici İşlər Nazirliyi 83 Gürcüstan vətəndaşının ölkəyə girişinə qadağa qoyulması ilə bağlı martın 3-də də məlumat yaydı.