Litva Gürcüstana "astrazeneka" vaksininin 15 min dozasını hədiyyə etdi
Litva Gürcüstana “astrazeneka” vaksininin 15 min dozasını hədiyyə etdi. Vaksinlər Tbilisi Beynılxalq Aeroportuna bu gün endi. Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.
Yükü Tbilisi Beynılxalq Aeroportunsa Gürcüstan Xarici İşlər nazirinin müavini, Aleksandre Xvtiaşili və Gürcüstanda Litva səfirinin müavini, Saulius Valianis qarşıladılar.
Litva hökumətinin qərarı ilə, koronavirusa qarşı vaksinlər Şərq Partnyorluğunun üç üzv ölkəsinə – Gürcüstan, Ukrayna və Moldova üçün ayrıldı.
Vaksinlər üçün Litva hökumətinə Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani sosial şəbəkəsi vasitəsilə minnətdarlıöını bildirdi.
“Litva hökuməti tərəfindən ayrılan “astrazenekanın” 15 min dozası az öncə Tbilisiyə gəldi. Həmkarıma, Qabrielius Landsberqisə və qəti dəstək və vaxtında yardım üçün bu prosesə qoşulan hər bir insana dərin minnətdarlıqlar!”, – Zalkaliani “tvitterdə” yazır.