Lissabonun funikulyorunda qəza nəticəsində həlak olanların sayı 17-yə yüksəlib
Lissabonun tarixi “Gloria” funikulyorunda fəlakət nəticəsində həlak olanların sayı 17-yə yüksəlib. Bu barədə məlumatı Portuqaliyanın paytaxtının mülki müdafiə xidməti yayır.
Qəza zamanı yaralanan iki nəfər gecə xəstəxanada dünyasını dəyişib. Qurbanlar arasında funikulyorun bir əməkdaşı, eləcə də Portuqaliya və kimliyi hələlik məlum olmayan xarici ölkələrin vətəndaşları var.
Portuqaliya, Almaniya və İspaniya vətəndaşları da daxil olmaqla 21 nəfər yaralanıb. Həmçinin, üç yaşlı uşaq yaralanıb.
Qəzanın səbəbi hələlik bilinmir. İstintaqı polis, prokurorluq və həmçinin Milli Nəqliyyat Təhlükəsizliyi Orqanı aparır.
Hadisəyə görə Lissabonun Meriyası yoxlama başa çatana qədər funikulyorun üç başqa xəttinin fəaliyyətini də dayandırıb.
Məlumat üçün bildirək ki, “Gloria” funikulyorunda vaqon relslərdən çıxıb. Portuqaliya hökuməti sentyabrın 4-nü matəm günü elan edib.