Lissabonda funikulyorların birində qəza nəticəsində azı 15 nəfər həlak olub, 18 nəfər isə yaralanıb
Lissabonda funikulyorların birində qəza nəticəsində azı 15 nəfər həlak olub, 18 nəfər isə yaralanıb

 

Lissabonda funikulyorların birində qəza nəticəsində azı 15 nəfər həlak olub, 18 nəfər isə yaralanıb.

Medianın yazdığı kimi, “Gloria” funikulyorunda vaqon relslərdən çıxıb.

Hadisə nəticəsində yaralananlar arasında bir uşaq var.

Portuqaliyanın təcili tibbi yardım xidmətinin məlumatına əsasən, yaralılardan 5-i ağır vəziyyətdədir, 13-ü isə yüngül xəsarətlər alıb.

Ölkənin hakimiyyətində həlak olanlar arasında həm xarici ölkə vətəndaşları, həm də Portuqaliya vətəndaşlarının olduğunu bildiriblər. “BBC”nin yazdığı kimi, qeyd olunan funikulyordan Lissabon sakinləri ilə birlikdə bir çox turist istifadə edir.

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza hadisə ilə bağlı kədərini ifadə edib və dünyasını dəyişənlərin ailələrinə başsağlığı verib. O, həmçinin hökumətin tezliklə hadisə ilə bağlı aydın məlumat verəcəyinə ümid etdiyini bildirib.

“Gloria” funikulyoru 275 metr məsafəni əhatə edir və səyahət üç dəqiqə davam edir.