Lissabonda funikulyorda baş vermiş qəzaya görə sentyabrın 4-ü matəm günü elan edilib
Lissabonda funikulyorda baş vermiş qəzaya görə sentyabrın 4-ü matəm günü elan edilib

 

Lissabonda funikulyorda baş vermiş qəza nəticəsində yaralananların sayı 23-ə yüksəlib, 15 nəfər həlak olub.

Portuqaliyanın təcili tibbi yardım xidmətində bildirirlər ki, yaralılardan beşdən çoxu ağır vəziyyətdədir. Bununla yanaşı, yayılmış məlumata əsasən, həlak olanlar arasında xarici ölkə vətəndaşları da var.

Hökumət hadisəyə görə sentyabrın 4-nü matəm günü elan edib.

Məlumat üçün bildirək ki, “Gloria” funikulyorunda vaqon relslərdən çıxıb. “BBC”nin yazdığı kimi, qeyd olunan funikulyordan Lissabon sakinləri ilə birlikdə bir çox turist istifadə edir. “Gloria” funikulyoru 275 metr məsafəni əhatə edir və səyahət üç dəqiqə davam edir.