Lindsi Qrem - Putin, sənin vaxtın gəlir, Tramp rus neftini alan ölkələrə, Çinə, Hindistana və Braziliyaya rüsumlar tətbiq edəcək
Lindsi Qrem - Putin, sənin vaxtın gəlir, Tramp rus neftini alan ölkələrə, Çinə, Hindistana və Braziliyaya rüsumlar tətbiq edəcək

 

Putin, sənin vaxtın gəlir, Tramp rus neftini alan ölkələrə: Çinə, Hindistana və Braziliyaya rüsumlar tətbiq edəcək – bu barədə ABŞ senatoru Lindsi Qrem “Fox News”a müsahibəsində deyib.

Qrem, ABŞ Prezidenti Donald Trampın Putinə kömək edən ölkələrə 100%-lik rüsum tətbiq edəcəyini bildirib.

“Putin keçmiş Sovet İttifaqını, Rusiya İmperiyasını yenidən yaratmaq istəyir. O, onun olmayan ölkələri fəth etmək istəyir. Putin ta ki məcbur edilənə qədər dayanmayacaq. Putin, sənin vaxtın gəlir. Donald Tramp Amerika siyasətinin və xarici diplomatiyasının Skott Şeffleridir və o, tezliklə sizə ciddi zərbə vuracaq. Tramp rus neftini alan ölkələrə: Çinə, Hindistana və Braziliyaya rüsumlar tətbiq edəcək. Bu üç ölkə ucuz rus neftinin təxminən 80%-ni alıb, bu isə rus hərbi maşınının işləməsini təmin edir. Buna görə prezident Tramp bu ölkələrin hər birinə 100%-lik rüsum tətbiq edəcək ki, onları Putinə yardıma görə cəzalandırsın. Putin bu sanksiyalara tab gətirəcək, onu rus əsgərlərin taleyi maraqlandırmır, lakin Çin, Hindistan və Braziliya indi seçim qarşısındadırlar: ya Amerika iqtisadiyyatını, ya da Putinə yardımı seçməlidirlər. İndi onlar Amerika iqtisadiyyatını seçməyə məcbur qalacaqlar” – Qrem bildirib.