Lindsi Qrem - Əgər Ukraynadakı müharibə sanki Rusiyanın qalib gəlməsi təəssüratı ilə başa çatarsa, bu dünyaya od vuracaq
Əgər bu müharibə sanki Rusiyanın qalib gəlməsi təəssüratı ilə başa çatarsa, bu dünyaya od vuracaq – bu barədə amerikalı senator Lindsi Qrem bildirib.
Amerikalı qanunverici bildirib ki, Əfqanıstandan çıxmaq dəhşətli qərar idi, bu da Rusiyanın Ukraynaya təcavüzü üçün təkan oldu və dünyanın gözündə Amerikanı zəif göstərdi.
“Bu barədə prezident Trampa birbaşa demişəm və indi açıq şəkildə bəyan edirəm: əgər bu müharibə bizim sanki Ukraynanı tərk etdiyimiz təəssüratı ilə başa çatarsa, bu, Əfqanıstandan çıxmaqdan daha pis olacaq və dünya sabitliyinə ciddi zərbə olacaq və adınızın bununla assosiasiya olunmasını istəməzsiniz” – Lindsi Qrem bildirib.