Limoj şəhər meriyasının binasına od vurmaq ittihamı ilə Fransada daha bir kişini saxlayıblar

16:10, 22.10.2026

 

Fransada Limoj şəhər meriyasının binasına od vurmaqda şübhəli bilinən daha bir kişi saxlanılıb.

Fransa mediasının məlumatına əsasən, Limoj meriyasına od vurulmasından sonra başladılan istintaq çərçivəsində Milli Polisin xüsusi reaksiya bölməsinin köməyi ilə 66 yaşlı kişi Kreuz departamentində saxlanılıb. Hazırda o, “mütəşəkkil dəstə tərəfindən insan həyatı üçün təhlükəli vasitələrdən istifadə etməklə əmlakı məhv etmə” ittihamı ilə saxlanılıb.

Bununla yanaşı, bu iş üzrə saxlanılan ilk şübhəli şəxsin həbs müddəti 48 saat uzadılıb. Ona qarşı “mütəşəkkil dəstə tərəfindən insan həyatı üçün təhlükəli vasitələrdən istifadə etməklə əmlaka ziyan vurma” və “dövlət səlahiyyətləri ilə təchiz edilmiş və dövlət funksiyalarını yerinə yetirən şəxsləri qətlə yetirməklə hədələmə” ittihamı ilə istintaq başlayıb.

Limojun XIX əsrə aid meriyasının binası nümayişçilərin oktyabrın 17-də toqquşmalara, qarətə və vandalizmə çevrilən kütləvi etiraz aksiyaları zamanı binaya od vurmasından sonra zərər görüb.

Oxşar