“Lilo Mall”un ərazisində yanğının söndürülməsi prosesi gedir

17:28, 28.01.2025

 
“Lilo Mall” ticarət mərkəzinin ərazisində yanğının söndürülməsi prosesi gedir.

Yanğın anbar, eləcə də geyim və qab-qacaq mağazalarının yerləşdiyi ikimərtəbəli binada qeydə alınır.

Fövqəladə Halların İdarəedilməsi Xidmətindən dedikləri kimi, yanğın 5 min kvadratmetr əraziyə yayılıb.

Yanğınsöndürmə-xilasetmə qrupları hadisə yerinə səfərbər olunub.

Yanğına nəyin səbəb olduğu və digər təfərrüatlar hazırda bilinmir.

Oxşar