LGBT şəxslərin hüquqlarının qorunması indeksi ilə, Gürcüstana 100-dən 25,87% verildi
Hüquq müdafiyə təşkilatı ILGA-Europe LGBT şəxslərin hüquqlarının qorunması indeksini yayır.
Rainbow Europe adlı tədqiqatda Gürcüstana 100%-dən 25,87% verildi.
Tam olaraq, tədqiqat çərçivəsində, Avropanın 49 ölkəsi dəyərləndirilib.
LGBT şəxslərin hüquqlarının qorunması baxımından regionda Malta liderlik edir (91,04%), hansı ki, keçən il həmcinslərin evliliyini qanuniləşdirdi.
Ondan sonra Belçika (78,76%), Norvegiya (77,74%), Birləşmiş Krallıq (73,48%) və Finlyandiya gəlir (73,27%).
Tədqiqatın müəllifinin dəyərləndirməsinə görə, cinsi azlıqların hüquqları ən az Azərbaycanda (4,7%) qorunur.
Son beşliyə həmçinin, Ermənistan (7,2%), Türkiyə (8,6%), Monako (9,76%) və Rusiya (10,9%) daxil oldular.
Qeyd olunmalıdır ki, yayılan tədqiqata əsasən, Gürcüstan Avropa İttifaqının Şərq Partnyorları arasında liderdir.
Rainbow Europe-un indeks göstəriciləri ilə, o bir neçə Avropa ölkəsindən öndədir – Bolqariya, Ruminiya, Litva, Polşa, Latviya.
Tədqiqatın müəllifləri qeyd edirlər ki, 49 ölkədən sadəcə 16-sı yüksək, yəni 50%-dən artıq göstərici aldı.