“Leyboristlər Partiyasının” Tbilisi merliyinə namizədi Mixeil Kumsişvili, Sakrebulo sədrliyinə namizəd isə, Laşa Çxartişvili olacaq
“Leyboristlər Partiyası” yerli özünüidarəetmə seçkiləri üçün Tbilisi merliyinə və Sakrebulo sədrliyinə namizədlərini adlandırdı.
Namizədləri partiyanın ofisində keçirilən brifinqdə “Leyboristlər Partiyasının” lideri, Şalva Natelaşvili təqdim etdi.
Onun dediyinə görə, Tbilisi merliyinə namizəd Mixeil Kumsişvili, Sakrebulo sədrliyinə namizəd isə, Laşa Çxartişvili olacaq.
“Dostlar, faciəvi gündür, müharibənin başlaması günüdür, lakin matəm vaxtı deyil. İrəlidə bizi daxili işğal İvanişvili-Kaladzeyə qarşı böyük mübarizə gözləyir və ön cəbhə xəttinə bu gün Tbilisi merliyinə namizəd olaraq, partiyanın gənclər və Avropa gənclər lideri, instedları gənc lideri, Mixeil Kumsişvilini və tanınmış siyasətçi, ekoloq, mübariz, Laşa Çxartişvilini göndəririk”, – Natelaşvili bəyan etdi.