"Ləyaqətli Cavab 2022" media təlimi praktiki mərhələyə keçdi
"Ləyaqətli Cavab 2022" media təlimi praktiki mərhələyə keçdi

Senakda, ikinci piyada briqadasının bazasında “Ləyaqətli Cavab 2022” media təlimi fəal şəkildə keçirilir.

İmitasiya edilmiş ssenariyə əsasən, təlimdə iştirak edən jurnalistlər, operatorlar və Jurnalistika fakültəsinin tələbələri bütün günü imitasiya edilmiş media mərkəzində işləməli, yeni maddi-texniki təchizatla “Deltanın” istehsalı olan “MAN” dəbilqə və zirehlərlə çöl səfərlərinə çıxmalıdırlar.

Ssenariyə görə, bir neçə media nümayəndəsi qarşı tərəfin arxaslna da düşdü. Onların təxliyyəsində Müdafiə Qüvvələrinin yeni modernləşdirilmiş “Iroquois UH-1” helikopteri iştirak etdi və təhlükəsiz yerə köçürülməsini təmin etdi.

Media nümayəndələri beş gün ərzində 2-ci piyada briqadasının bazasında hərbi həyat sürməli olurlar – səhər hazırlığı, əsgər payı ilə yemək, kazarmalarda yaşamaq və yeni maddi-texniki təchizat “MAN” ilə hərəkət etmək.

“Ləyaqətli cavab 2022” Gürcüstan Müdafiə Nazirliyinin Strateji Kommunikasiyalar və İctimaiyyətlə Əlaqələr Departamenti tərəfindən İkinci Piyada Briqadasında artıq altıncı dəfə keçirilir.

Məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayır.