Levan Zoidze Kobuletinin meri vəzifəsini tərk edib – bu barədə Levan Zoidze sosial şəbəkədə yazıb.
“Kobuletinin meri vəzifəsini tərk etmək haqda qərar qəbul etdim. Bu şəhərə rəhbərlik etmək və vətəndaşların ehtiyaclarını maksimum dərəcədə həll etmək mənim üçün çox böyük məsuliyyət idi.
Kobuletinin sakinlərinə dəstək və sədaqətə görə təşəkkür edirəm. Həmçinin, guşəmiz üçün daha yaxşı gələcək yaratmaq naminə yanımızda olan insanlara təşəkkür edirəm.
“Gürcü Arzusu”na xüsusi təşəkkürümü bildirirəm və əlbətdə, bu komandanın sadiq üzvü olaraq qalıram” – Levan Zoidze yazıb.