Levan Yoseliani - "Gürcü Arzusunun" qərarı düzgün idi, çünki danışıqlar üçün məkan saxladı
Levan Yoseliani - "Gürcü Arzusunun" qərarı düzgün idi, çünki danışıqlar üçün məkan saxladı

“Gürcü Arzusu” tərəfindən qəbul olunan qərar düzgün idi, çünki danışıqlar üçün məkan saxladı, – bu barədə Parıament müxalifətinin nümayəndəsi, “Vətəndaşlar” partiyasının üzvü, Levan Yoseliani jurnalistlərə bəyan etdi.

Elə onun dediyinə görə, “Gürcü Arzusu” məkanı, vəziyyətin danışıqlar yolun ilə həll edilməsi üçün saxladı.

“Deyirdik ki, əgər müxalifətçi deputatların səlahiyyətləri dayandırılacaqdısa, onda böhran daha da dərinləşəcəkdi və proseslər elə istiqamətlə gedəcəkdi ki, oradan geri dönməyin çətin olması mümkündü. Bu nəticə ilə razıyam”, – Yoseliani bəyan etdi.

Gürcüstan Parlamenti müxalifət nümayəndələrinin mandatlarının dayandrılmasını dəstəkləmədi.

İclasda 90 deputat iştirak edirdi. Məsələnin heç bir tərəfdarı olmayıb, əleyhinə isə, beş deputat idi.