Levan Yoseliani - biz istəyirik ki, özünüidarəetmə seçkilərini hazırlıqlı, müvafiq qanunvericilik və islahatlarla qarşılayaq
“Vətəndaşlar” partiyasının nümayəndəsi, Levan Yoselianinin bəyan etdiyinə görə, onun partiyası Parlamentə mandatların dayandırılması ilə bağlı rəsmi olaraq müraciət etməyib, çünki danışıqların başa çatmasını gözləyirlər.
Yoselianin dediyinə görə, onların istəyidir ki, özünüidarəetmə seçkilərini hazırlıqlı, müvafiq qanunvericilik və islahatlarla qarşılasınlar.
“Biz və “Qirçi” rəsmi olaraq müraciət etməmişik, çünki danışıqların nə cür başa çatmasını gözləyirik. Danışıqlar başa çatdıqdan sonra aydın olacaq, kimin səlahiyyəti dayandırılacaq və kimin yox. Ola bilsin hakimiyyət səsvermə prosesini biraz daha uzatsın və siyasi partiyalara vaxt versin ki, Parlamentə daxil olma barəsində düşünsünlər. Bilmirəm, bu onların işidir. Mən yalnız birini bilirəm, biz istəyirik ki, özünüidarəetmə seçkilərini hazırlıqlı, müvafiq qanunvericilik və islahatlarla qarşılayaq. Məqsədimizdir ki, Tbilisi və başqa böyük şəhərlərdə “Gürcü Arzusunu” məğlubiyyətə uğradaq”, – Yoseliani bəyan etdi.