Levan Xabeişvili - Oktyabrın 4-də İvanişvili rejimini devirməliyik, dinc yolla devrilməni hamımızın birlikdə təmin etməsi vacibdir
Oktyabrın 4-də rejimin dinc yolla devrilməsini hamımızın birlikdə təmin etməsi vacibdir – bu haqda “Milli Hərəkat”ın üzvü Levan Xabeişvili medialardan birinin efirində deyib.
Xabeişvili, “Gürcü Arzusu”nda daxili qarşıdurma olduğunu bildirib.
“Oktyabrın 4-də Bidzina İvanişvili rejimini devirməliyik. Əks halda, nəinki partiyaları qadağan edəcək, fərqli fikir də faktiki olaraq bu ölkədə qadağandır, müxalifət də qadağandır, vətəndaş cəmiyyəti həbsxanadadır, siyasətçilər həbsxanadadırlar. O, hər şeyi edəcək, heç nəyə təəccüblənməyin. Hazırda yeganə çıxış yolumuz var – daxildə bir-biri ilə dalaşsınlar və keçmiş baş nazir də, Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbərləri də, daxili işlər naziri də müxalifətdədir. Xalqın bu mövzudan istifadə etməsi vacibdir. Onların içərisində elə bir çəkişmə var ki, hələ uzun müddət özlərinə gələ bilməyəcəklər. Buna görə də oktyabrın 4-də bu rejimin dinc yolla devrilməsini hamımızın birlikdə təmin etməsi vacibdir” – Levan Xabeişvili bildirib.