Levan Xabeişvili - Oktyabrın 4-də Gürcüstanın hər bir vətəndaşını tanrının anası Məryəm və Müqəddəs Qiorqi qoruyacaq
Levan Xabeişvili - Oktyabrın 4-də Gürcüstanın hər bir vətəndaşını tanrının anası Məryəm və Müqəddəs Qiorqi qoruyacaq

 

Oktyabrın 4-də Gürcüstanın hər bir vətəndaşını tanrının anası Məryəm və Müqəddəs Qiorqi qoruyacaq – bu haqda “Vahid Milli Hərəkat”ın Siyasi Şurasının sədri Levan Xabeişvili sosial şəbəkədə yazır.

Xabeişvilinin qeyd etdiyi kimi, Antsuxelidzenin Gürcüstanını qorxutmaq və məğlub etmək imkansızdır.

“Gürcüstan Məryəmin payı olan ölkədir. Azadlıq meydanında xeyirin şər üzərində qələbəsinin simvolu olaraq Müqəddəs Qiorqinin abidəsi ucaldılıb. Oktyabrın 4-də Gürcüstanın hər bir vətəndaşını tanrının anası Məryəm və Müqəddəs Qiorqi qoruyacaq.

Vətənimizin gələcəyinə qayğı göstərmək hamımızın borcudur və biz Rustaveliyə çıxmağa borcluyuq. Antsuxelidzenin Gürcüstanını qorxutmaq, “sındırmaq”, alçaltmaq və məğlub etmək imkansızdır. Gürcüstanın bayrağını əlinizə alın, hərəkətə keçin və biz qalib gələcəyik.

Xristian, gürcü, Avropa dəyərləri şər, bölünmə, parçalanma və insanlara zülm edilməsi üzərində dayanmır. Əksinə! Xristian, gürcü, Avropa dəyərləri sevgi, həmrəylik, xeyirxahlıq və bir-birini dəstəkləməyə əsaslanır.

Xalq və ruhaniyyətin birləşməsi, Gürcüstanı və gürcü xalqını bölməyə, parçalamağa son qoymaq bizim borcumuzdur. Oktyabrın 4-də bütün Gürcüstan Rustavelidə birləşirik və qalib gəlirik! Tanrı Gürcüstanı qorusun” – Xabeişvili yazır.