Levan Xabeişvili - İvanişvilinin işgəncə dəstəsi ilə birlikdə siyasi "alverçi"lərin, müxalifətdə "işlə təmin olunanlar"ın və "lay-layçı"ların dövrü başa çatacaq
İvanişvilinin işgəncə dəstəsi ilə birlikdə siyasi “alverçi”lərin, müxalifətdə “işlə təmin olunanlar”ın və “lay-layçı”ların dövrü başa çatacaq – bu haqda “Milli Hərəkat”ın Siyasi Şurasının sədri Levan Xabeişvilinin “Facebook” səhifəsində dərc olunan paylaşımında deyilir.
O bildirib ki, oktyabrın 4-ü əsas rolun zati-aliləri gürcü xalqına məxsus olacağı yeni dövrün başlanğıcı olacaq.
“4 oktyabr qələbə günü “siyasətçi” müxalifətçilərə aid deyil. Bu gün ictimai, milli bayramdır. Oktyabrın 4-ü yeni başlanğıc nöqtəsidir. İvanişvilinin işgəncə dəstəsi ilə birlikdə siyasi “alverçi”lərin, müxalifətdə “işlə təmin olunanlar”ın və “lay-layçı”ların dövrü başa çatacaq. Bu, əsas rolun zati-aliləri gürcü xalqına məxsus olacağı tamamilə yeni dövrün başlanğıcı olacaq. Məni sıravi xidmətçi kimi qəbul edin, itaətkar qulunuz Levan Xabeişvili. Vəkil vasitəsilə göndərilmiş ismarıc” – Levan Xabeişvili yazır.