Levan Tsaquriya (Kokai) - indi Levan Qorqadzenin adını və onun vətəni Gürcüstanı hər bir Yaponiyalı bilir
Levan Qorqadzenin – Toçinoşinin uğuru ilə Gürcüstan mütləq faydalanacaq, – bu barədə Burunci Kanala Kokai – Levan Tsaquriya bəyan etdi. O, gürcüstanda ilk dəfə sumo ilə maraqlanan və uğura nail olan insanlardan biridir.
“Bu bizim idman və tariximizdə önəmli gündür, çünki İmperator Kubokunu qazanmasını, məsələn Uimbildonda uğurla müqayisə edə bilərik. Mahiyyəti ilə daha da önəmli hesab etmək olar, çünki sumo Yaponiyada idman növündən daha da artıqdır və ölkənin mədəniyyətinin hissəsini təşkil edir. İndi Levan Qorqadzenin adını və onun vətəni Gürcüstanı hər bir Yaponiyalı bilir. Toçinoşinin uğuru ilə Gürcüstan mütləq faydalanacaq – əsas odur ki, ona düzgün istiqamət verək”, – Kokai, Levan Tsaquriya bəyan etdi.
Toçinoşin İmperator Kubokunu qazanan ilk gürcüdür. O, həmçinin bənzər qələbəyə nail olan üçüncü Avropalıdır.