Levan Silaqava - iqtisadi komanda Gürcüstanda buğda qiymətlərinin tənzimlənməsi ilə bağlı istənilən qərarı vaxtında verməlidir
Levan Silaqava - iqtisadi komanda Gürcüstanda buğda qiymətlərinin tənzimlənməsi ilə bağlı istənilən qərarı vaxtında verməlidir

Rusiya buğda ixrac vergisini növbəti dəfə artırdı.

Gürcüstan Buğda və Un İstehsalçıları Assosiasiyasının məlumatına görə, Rusiyada buğda ixrac vergisi 80,8 dollardan 84,9 dollara qədər artdı. Elə onların məlumatına görə, arpaya gömrük rüsumu 68,3 dollardan 75,1 dollara qədər artacaq, qarğıdalı üçün isə, dəyişməz olaraq 54,3 dollar qalacaq. Sözügedən vergi bir həftə müddətində dekabrın 17-dək qüvvədə olacaq.

“Rusiyada ixrac qiyməti 84 dolları keçdi. Təəssüflər olsun, bu son rəqəm deyil və güman edildiyinə görə, yaxın müddətdə yenə artacaq ondan irəli gələrək ki, Rusiyada kvotlaşdırmanın miqdarının müəyyənləşdirilməsini gözləyirlər. Bazarımıza nəzər yetirsək, Rusiyada kvotlaşdırma mexanizmi birbaşa Gürcüstanda və ümumiyyətlə dünyada buğda qiyməti ilə əlaqədardır. Qiymətlər ümumiyyətlə yuxarı ona görə gedir ki, dünya Rusiyada budanın eksportu ilə bağlı müəyyən məhdudiyyətlərin tədbiq olunmasını gözləyir. Bizim bazarda, Rusiyadan başqa, əlavə olaraq daha bir problem biruzə verir – elektrik enerjisinin subsidiyası proqramı, hansı da ilkin istifadə məhsulunun istehsalının həmmaliyyələşdirilməsini nəzərdə tuturdu, başa çatır. Düşünürəm, hansısa qərarı iqtisadi komada vaxtında qəbul etsin ki, çörəyin qiymətinin sığortası baş versin”, – Gürcüstan Buğda və Un İstehsalçıları Assosiasiyasının sədri, Levan Silaqava bəyan etdi.