Levan  Ratiani - Universitet Klinikasında koronavirusa yoluxan 52 pasiyent var və dinamika azalmağa doğrudur
Levan Ratiani - Universitet Klinikasında koronavirusa yoluxan 52 pasiyent var və dinamika azalmağa doğrudur

Birinci Universitet Klinikasının direktoru, Levan Ratianinin bəyan etdiyinə görə, son 24 saat ərzində klinikanı koronavirusdan müalicə olunan doqquz pasiyent tərk etdi.

Levan Ratianinin bəyan etdiyinə görə, dinamika azalmağa doğrudur.

“Bu mərhələdə klinikada cəmi 68 pasiyentimiz var. Buradan 52 pasiyent koronavirusa yoluxandır. Dinamika azalmağa doğrudur. Son 24 saat ərzində klinikamızı koronavirusdan müalicə olunan doqquz pasiyent tərk etdi. Son bir neçə gündür yeni pasiyent qəbul etməmişik və bu bizi sevindirir”, – Levan Ratiani bəyan etdi.

Bununla yanaşı, elə onun bildirdiyinə görə, hazırda klinikada sağalan bir neçə pasiyentin testinin cavabını gözləyirlər.

Levan Ratianinin jurnalistlər ilə səhbəti zamanı bəyan etdiyinə görə, dinamika müsbət olduğuna görə, Universitet Klinikasında mətbuat konfranslarının tezliyi də dəyişəcək.